Azərbaycanda qadınların sayı azalır - Komitə nümayəndəsi həyəcan təbili çaldı


11:46     21 May 2019 2019/05/aynur-veyselova1_1558425094.jpg

Xəbər verdiyimiz kimi, BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin və Avropa İttifaqıının maliyyə dəstəyi ilə jurnalistlər, bloqqerlər və vloqqerlər üçün “Gender əsaslı cins seçimi mövzüsunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması” mövzusunda 2 günlük praktik seminara start verib.

Femida.az xəbə verir ki, seminarda iştirak edən Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynur Veysəlova bildirib ki, bu gün onları narahat edən ciddi məsələlər var. Bunlardan biri doğulan uşaqlarda cins nisbətinin pozulmasıdır. Aynur Veysəlovanın sözlərinə görə, 2018 ci ildə Azərbaycanda cins nisbətində yenidən həyəcanlı vəziyyət qeyə alınıb. Belə ki, 2018 ci ildə cins nisbəti 100/115 -ə olması cins balansının pozulması təhlükəsi deməkdir. A.Veysəlovanın sözlərinə görə, bu hal qadın hüquqlarının müdafiəsinin çətinləşməsi ilə yanaşı genefonda da mənfi təsiri var.

"Bəzən qadın qız uşağına hamilə olduğu üçün məcburən aborta aparılır.Bu təkcə genefond məsələsi yox, həm də qadınların sağlamlığının ciddi şəkildə pozulmasına səbəb olur. Biz həyəcan təbili çalırıq. Bu haldan ciddi narahatıq" -deyə, Aynur Veysəlova bildirib.

Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Ailə   #Qadın   #Uşaq  

Oxunub: 1212