Yasamalda QƏZA - Piyada yolda can verdi


12:18     21 May 2019 Tecili%20yardim%20xestexana%20190412.jpg

Paytaxın Yasamal rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyinin mətbut xidmətindən Femida.az-a verilən xəbərə görə, mayın 20-də saat 11 radələrində Yasamal rayonunun İnşaatçılar prospektində Bakı şəhər sakini Zaur Kazımov “Opel” markalı avtomobilli arxaya verərkən 45-50 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər: #Qəza   #Piyada  

Oxunub: 498