Bəzi məmurlar qadın jurnalistlərə daha tez qapı açır - Sədr müavini


12:21     21 May 2019 2019/05/umud-mirzeyev_1558427581.jpg

"Bizim qadınlar tarixən ən önəmli işlərdə ön sıralarda olub. Bir misalı göstərmək kifayətdir ki, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkədir".

Femida.az xəbər verir ki, bunu “Gender əsaslı cins seçimi mövzüsunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması” mövzusunda keçirilən praktik seminarda Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev deyib.

"Bu gün də Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər aktiv qadınlar var", - deyə sədr müavini bildirib.

O, həmçinin bildirib ki, ötən il Mətbuat Şurasına 800-950 aralığında şikayət daxil olub.

"Bizi narahat edən məsələlərdən biri şikayətlərin əksəriyətinin şəxsi həyata müdaxilə ilə bağlı olmasıdır. Hesab edirəm ki, bu olmamalıdır".

Sədr müavini daha bir maraqlı fikri də irəli sürüb. Onun sözlərinə görə, bu gün saytların əksəriyyətində qadın əməkdaşlara üstünlük verilir.

"Bəzi məmurlar xanım əməkdaşlara daha tez və rahat qapı açır.Bəzi redaktorlar da bundan istifadə edirlər. Bunu təəssüf hissi ilə qeyd edirəm".

Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 889