DTX rəsidən təltif - Medalı nazir təqdim etdi


12:44     21 May 2019 2019/05/4c0092c8-67a7-40f2-bb7a-6b5901732e8c_1558428455.jpg

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzərxanım Nurəliyeva təltif olunub.



Nazirlikdən Femida.az-a verilən məlumata görə, Mənzərxanım Nurəliyeva, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin müvafiq əmri ilə “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Yubiley medalını Mənzərxanım Nurəliyevaya Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edib və ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Femida.az

Açar sözlər: #Təltif   #Medal  

Oxunub: 559