Daha bir yolda rənglənmə işləri aparılır


13:09     21 May 2019 2018/08/renglenme-zolaq_1533624020.jpg

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə mayın 21-də paytaxtın Mərdəkan avtomobil yol qovşağından Buzovna dairəsinə kimi üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a bildirilib ki, bundan başqa, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsindən “Vaz dairəsi”nə qədər hissədə də görüləcək. İşlər bu gün axşam saat 22:00-dan mayın 22-si səhər saatlarınadək davam edəcək.

Sürücülərdən göstərilən saatlarda sözügedən yollarda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 269