Qaçırdığı maşınla tutuldu


13:18     21 May 2019 hebs%20omur5.jpg

Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini R.Cəfərov “Mercedes” markalı avtomobilinin Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığını bildirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Şahmərdanov qısa müddətdə Ələt qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 365