DOST mərkəzinin onlayn xidmətlər bazası genişləndirilir


14:49     21 May 2019 19_05_21_1558435826.jpg

DOST konsepsiyası təkcə DOST mərkəzlərinə əyani müraciət edənlərə deyil, həmçinin müxtəlif kateqoriyalı imtiyazlı şəxslərə səyyar xidmətlərin göstərilməsini nəzərdə tutur. Eyni zamanda, DOST mərkəzinin onlayn xidmətlər bazası da mütəmadi olaraq genişləndiriləcək.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, DOST konsepsiyası üzrə yol xəritəsində DOST mərkəzlərində göstəriləcək 126 xidmətin 91-nin elektronlaşması nəzərdə tutulub. DOST layihəsinin icrasına başlanıldığı ötən 9 ayda bu xidmətlərdən 20-dən çoxu elektronlaşdırılıb. Növbəti iki ildə digərlərinin də elektronlaşdırılması təmin olunacaq, nəticədə onlayn platformada geniş DOST xidmətləri sistemi qurulacaq.

Onu da bildirək ki, gələn ildən respublikamızın regionlarında da DOST mərkəzləri şəbəkəsinin qurulmasına başlanacaq.

Femida.az

Açar sözlər: #DOST  

Oxunub: 360