Bakıda polis əməliyyatı – Mağazalardan oğurluq edən yeniyetmə saxlanılıb


15:05     21 May 2019 2019/05/15584-7792171705_1558437038.jpg

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsi Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları gecə saatlarında 20 Yanvar küçəsində yerləşən mağazadan oğurluq edilməsinin qarşısını alıblar.


DİN-dən Femida.az-a bildiriblər ki, xüsusi texniki vasitələrlə qorunan obyektdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan “Həyəcan” siqnalı yoxlanılan zaman qapının sındırıldığı məlum olub.



Polis əməkdaşları hadisə yerinə gələrək əlində kəsici alət olan bir nəfəri mağazadan oğurluq etmək istəyən zaman saxlayıblar. Ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə aparılan həmin şəxsin yetkinlik yaşına çatmayan S.P. olduğu müəyyən edilib.



Onun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin Nəsimi rayonunda müxtəlif vaxtlarda bir avtomobildən, dərzixanadan, gözəllik salonundan və daha bir mağazadan pul, həmçinin mobil telefonlar oğurladığı məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.



Femida.az

Açar sözlər:

Oxunub: 378