Şəkidə Beynəlxalq Simpoziumun açılışı oldu - Fotolar


16:03     21 May 2019 2019/05/60566533_330209504336836_3642085799756824576_n_1558440528.jpg


Mayın 21-i Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində "Təbiətdən Tarixə" adlı Keramika üzrə ilk Beynəlxalq Simpoziumun açılış mərasimi baş tutub.


Femida.az xəbər verir ki, tədbiri giriş nitqi ilə Şəki rayonu icra başçısı Elxan Usubov açıb. O, qonaqları salamlayaraq Şəkinin qədim və zəngin tarixi haqqında məlumat verib.

"ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev öz çıxışında tədbirin məqsədləri və Azərbaycan keramika ənənələrinin dünyada tanınması üzrə görüləcək işlər haqqında danışıb. Rüfət Elçiyev nitqinin sonunda Simpoziumun iştirakçılarına uğurlar arzu edib.

Bundan sonra "Təbiətdən Tarixə" adlı Keramika üzrə Beynəlxalq Simpoziumun kuratoru Mir Teymur Məmmədov Simpoziumu açıq elan edərək 15 ölkədən olan 25 iştirakçını qonaqlara təqdim edib.

Tədbirin sonunda Şəki şəhəri uşaq incəsənət məktəbinin rəqs qrupunun çıxışları ilə davam etdi.

Qeyd edək ki, "Təbiətdən Tarixə" adlı Keramika üzrə Beynəlxalq Simpozium iyun ayının 2-dək davam edəcək. İki həftə ərzində iştirakçı-keramistlər Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində açıq səma altında heykəltaraşlıq kompozisiyaları yaradacaqlar.

Femida.az

Açar sözlər: #ABAD  

Oxunub: 541