Azərbaycanın daxili dövlət borcunun məbləği artıb
18:24 21 May 2019
Azərbaycanın daxili dövlət borcunun məbləği artıb və borc məbləği əsasən dövlət istiqraz vərəqələri üzrə borcdan formalaşıb.
Femida.az-ın məlumatına görə, bu barədə ““2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib.
2019-cu il il yanvarın 1-i tarixinə daxili dövlət borcu 1320,2 milyon manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 28,3 faiz çoxdur. 2018-ci il ərzində nominal üzrə yerləşdirilmiş istiqrazların məbləği 781,4 milyon manat təşkil edib, yerləşdirilmiş istiqrazlar üzrə 753,6 milyon manat daxil olub. 2019-ci il yanvarın 1-i tarixinə dövlət istiqrazları üzrə borcun ümumi məbləği 1045,3 milyon manat ( o cümlədən 101,4 milyon manat faiz borcu) təşkil edib.
““2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi” Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Femida.az
Oxunub: 280
Oxşar xəbərlər
- Azərbaycanın Şimal-Qərb bölgəsində qaz olmayacaq
- Azərbaycanın 3 rayonunda qaz kəsiləcək
- Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb
- Azərbaycanın NATO-dakı nümayəndəsi geri çağırılıb
- Azərbaycanın Baş prokurorunun İtaliyaya işgüzar səfəri başlayıb
- Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib
- Azərbaycanın daha 2 güləşçisinin medal görüşlərindəki rəqibləri bəlli olub
- Azərbaycanın mebel istehsalçıları yeni xammal bazarı axtarır
- Azərbaycanın Əməkdar həkimi vəfat edib
- Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub