Ağdamda çay daşdı, çobanlar köməksiz qaldı - FHN hadisə yerində
17:13 21 May 2019
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qarqarçay çayında suyun səviyyəsi kəskin artıb, nəticədə çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər (çoban) və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində 2 nəfər və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.
Femida.az
Oxunub: 526
Oxşar xəbərlər
- Ağdamda 23 yaşlı gənc itkin düşüb
- Ağdamda mağazadan oğurluq edilib
- Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib
- Ağdamda 35 yaşlı kişi itkin düşüb
- Ağdamda polis əməliyyat keçirib, qardaşlar saxlanılıb
- Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olunub
- Ağdamda mövqelərimiz 28 dəfə atəşə tutulub
- Ağdamda 6 ay əvvəl toyu olan gəlin intihar edib
- Ağdamda evdən 52 min manatlıq oğurluq edilib
- Ağdamda ekskavator minaya düşüb