Mingəçevirdə cərrahlar 5-7 min manat maaş alırlar

Mingəçevirdə cərrahlar 5-7 min manat maaş alırlar


18:35     21 May 2019 2019/05/mingecevir-xes_1558445766.jpg

"İyun ayından başlayaraq Mingəçevir Mərkəzi Xəstəxanasında neyrocərrahi əməliyyatların aparılması planlaşdırılır"

Femida.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov deyib. O bildirib ki, artıq bununla əlaqədar xəstəxanaya neyrocərrah dəvət olunub.
K.Ələkbərovun sözlərinə görə, xəstəxananda mümkün olmayan, dəyəri yüksək olan əməliyyatlar başqa klinikalarda göndərişlə həyata keçirilir: "İki il ərzində başqa klinikalarda 328 açıq ürək əməliyyatı keçirilib, 200-dən çox ürək damarlarına stend qoydurulub".

Direktor vurğulayıb ki, İcbari Tibbi Sığorta layihəsinin tətbiq olunduğu 2 il 5 ay ərzində xəstəxanada ana ölümü faktı qeydə alınmayıb.

"Xəstəxanada qeysəriyyə kəsiyi əməliyyatı keyfiyyətə nəzarət komitəsinin rəyindən asılı olaraq həyata keçirilir. Yəni əməliyyat istəyə görə yox, komitənin qərarından asılıdır. Komitə yaradılandan sonra bu əməliyyatlar 35 faiz azalıb".

Bundan başqa, baş direktor deyib ki, həkimlərin təkmilləşməsi, praktik vərdişlərin artırılması və digər xarici ölkələrə təlim keçməsi üçün göndərilməsinə başlanılıb və bununla əlaqədar gələn ay 3 ciddi konfransın keçirilməsini nəzərdə tutulub.

K.Ələkbərov əlavə edib ki, hazırda xəstəxananın cərrahları 5-7 min manat civarında maaş alırlar: "Bununla hədəflərimiz bitmir. Çalışırıq ki, tibbin ən son nailiyyətləri xəstəxanamızda tətbiq olunsun".


Femida.az

Açar sözlər:

Oxunub: 305