Müdafiə naziri döyüş bölmələrin məşqlərini izləyib
20:01 21 May 2019
Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti təlim məntəqələrinə baş çəkib.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, əsas komanda məntəqəsində general-polkovnik Z.Həsənovun rəhbərliyi ilə keçirilən toplantıda dinamik dəyişən vəziyyət və qəbul edilən qərarlara dair komandir-rəis heyəti və digər vəzifəli şəxslərin məruzələri dinlənilib. Eyni zamanda təlimlərin planına uyğun olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında təlim iştirakçıları maket üzərində tapşırıqların dəqiqləşdirilməsi, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilini həyata keçiriblər.
Alınmış döyüş tapşırığı əsasında keçirilən bölmələrin məşqlərini izləyən Müdafiə naziri hərbi qulluqçular qarşısında çıxış edib, tövsiyələrini çatdırıb və xidmətdə fərqlənən bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.
Bölmələrin döyüş atışlı taktiki məşğələsində şəxsi heyət müxtəlif maneələri dəf etməyi və düşmən üzərinə hücumun yerinə yetirilməsini nümayiş edib.
Ərazidə yaradılmış təlim nöqtələrinə, sinif otaqlarına baş çəkən Müdafiə naziri təlimə cəlb edilən döyüş texnikalarını da yoxlayıb, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.
Hərbi hissədə yeni tikilmiş yeməkxanada olan general-polkovnik Zakir Həsənov burada yaradılan şəraitlə tanış olub, ərzaq anbarına baxış keçirib, saxlanılan məhsulların keyfiyyətini yoxlayıb və şəxsi heyətlə birgə nahar edib.
Femida.az
Oxunub: 608
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM