Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək


21:19     21 May 2019 2019/05/4C2A2F1C-1F1C-4008-BD08-1101512A58B2_1558459788.jpeg

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radanın buraxılması haqqında fərman imzalayıb.

Femida.az-ın məlumatına görə, fərmana əsasən iyulun 21-də parlamentə növbədənkənar seçkilər keçiriləcək.

Fərmandan sonra V.Zelenski parlamentin sədri Andrey Parubiyə seçkilər barədə qanuna dəyişikliklərin müzakirəsi üçün Ali Radada növbədənkənar iclas keçimək barədə müraciət ünvanlayıb.

İclasın sabah keçirilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 319