Xərçəngdən əziyyət çəkən uşaqların xəstəxanasında faciə:Ölən var


22:15     21 May 2019 xestexana00.jpg

İranda xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların xəstəxanasında qaz sızmasından bir nəfər ölüb, 4 nəfər yaralanıb.

Bunu Tehran Yanğın Söndürmə Təşkilatının sözçüsü Seyid Cəlal Məliki deyib.

Onun sözlərinə görə, hadisə Tehranın Darabad bölgəsində yerləşən “Məhək” xərçəng xəstə uşaqların müalicə mərkəzində yerli vaxtla saat 16:15-də baş verib: “Xəstəxananın zirzəmisində kanalzasiya sistemini təmizləyən fəhlələr borunu açmaq üçün təhlükəli qaz məhlulundan istifadə edib. Nəfəskəsən qazın palatalara sızması 1 nəfərin ölümünə, 4 nəfərin isə zəhərlənməsinə səbəb olub”.

Açar sözlər:

Oxunub: 461