Büdcədə pul artıq qaldı

Büdcədə pul artıq qaldı


09:43     22 May 2019 valyuta_manat_0257.jpg

2018-ci ildə Azərbaycanda büdcə artıqlığı yaranıb

Azərbaycanın ötən ilin icmal büdcəsi 1 549,4 mln. manat büdcə artıqlığı (profisit) ilə proqnozlaşdırılsa da, faktiki olaraq 4 467,8 mln. manat və ya ÜDM-in 5,6%-i həcmində (proqnoza nisbətən 3,6 faiz-bənd çox) büdcə artıqlığı yaranıb. Bu göstərici proqnozlaşdırılandan 2,9 dəfə çoxdur.

Femida.az-ın məlumatına görə, bu, “Azərbaycanın 2018-ci il dövlət büdcəsinin icrası barədə” qanun layihəsində əksini tapıb.

Azərbaycan Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 13 146,3 mln. manat kəsir qeydə alınıb ki, bu da 2018-ci ildə istehsal olunan ÜDM-in 16,5%-ni təşkil etməklə, proqnozlaşdırılan həddən 1,4 faiz-bənd azdır.

Femida.az

Açar sözlər:

Oxunub: 181