Tayvanda güclü zəlzələ olub
09:54 22 May 2019
Tayvanın şimal-şərq sahillərində güclü zəlzələ olub.
Femida.az Trend-ə istinadən xəbər verir ki, təkanların yerli vaxtla səhər 09:37-də 4,6 bal gücündə olduğu bildirilib.
Təxminən 25,7 kilometr dərinlikdə baş vermiş zəlzələnin episentrinin Xaulyan məntəqəsinin sahil zonaları olduğu qeyd edilib.
Təkanlar sahil xəttində olsa da, Nantou, Xualyan, İlan, eləcə də Tayçjun şəhərlərində hiss olunub.
Dağıntılar və insan tələfatı barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, 23 milyon əhalisi olan Tayvan seysmik cəhətdən aktiv zonada yerləşir.
Femida.az
Oxunub: 330
Oxşar xəbərlər
- Üçüncü dünya müharibəsi realdırmı?
- Tayvan sahillərində zəlzələ olub
- Tayvanda xəstəxanada yanğın: 9 ölü, 16 yaralı
- Tayvanda güclü zəlzələ baş verib
- Tayvanda zəlzələ olub
- Tayvan iki dəfə silkələndi - 5 dəqiqə fərqlə
- Tayvanda güclü zəlzələ: Ölənlər var
- Tayvanda zəlzələ - Ölənlərin sayı artıb
- Zəlzələ nəticəsində otel yerlə yeksan oldu - Tayvanda
- Neft emalı zavodunda partlayış