Elmar Məmmədyarov 4 səfirlə görüşüb


10:59     22 May 2019 2019/05/15585-1558508016_1558509012.jpg

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizdə təmsil olunan Meksika, Kolumbiya, Perunun və Çilinin diplomatik missiyalarının rəhbərlərini qəbul edib.


XİN-dən Femida.az
Nazir vurğuladı ki, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq edir. Bu kontekstdə SOA-nın müxtəlif iqtisadi əməkdaşlıq formatları və ayrı-ayrı ölkələrlə inkişaf edən tərəfdaşlığını nəzərə alaraq, Sakit okean məkanının Avropa məkanı ilə birləşdirilməsində vacib rol oynayan Azərbaycanın SOA ölkələri üçün də potensial imkanlar aça biləcəyi qeyd olunub.

Hal-hazırda SOA-da sədrlik edən Perunun səfiri xanım Mariya Milaqros Kastanyon Seoane Azərbaycanın bu quruma müşahidəçi qismində qosulmasını rəsmi olaraq təsdiq edən sənədi təqdim edib.

Sonra SOA ölkələri diplomatik missiyalarının rəhbərləri Azərbaycanla əlaqələrinin dinamik inkişafından bəhs ebib və bu prosesdə səfirliklərin böyük rol oynadıqlarını söyləyiblər. Onlar, ölkəmizin apardığı qlobal və regional tərəqqiyə xidmət edən fəal xarici siyasəti yüksək dəyərləndirərək, təmsil etdikləri dövlətlərin Azərbaycanla əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda daha da inkişaf edəcəyinə dair əmin olduqlarını bildiriblər.

Tərəflər iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə və s. istiqamətlər üzrə mövcud perspektivlər ətrafında fikir mübadiləsi aparıblar. Qarşılıqlı əməkdaşlığın inkişafında özəl sektorun fəal cəlb olunması, biznes forumlarının keçirilməsi əlverişli formatlar kimi nəzərdən keçirilib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 335