Bakı-Qəbələ qatarı nə vaxt istifadəyə veriləcək? - Cavid Qurbanov AÇIQLADI


11:44     22 May 2019 cavid-qurbanov-yeni.jpg

Gələn ilin ikinci yarısından sərnişinlər Bakı-Qəbələ sürət qatarından istifadə edə biləcəklər.


Femida.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, Ləki stansiyasından başlayaraq 45 kilometrlik yolun yarısı artıq çəkilib:

“Hesab edirəm ki, ilin sonuna torpaq yatağı işləri də tam başa çatdırılacaq. Sərnişinlər Qəbələyə 2,5-3 saata rahat və hər bir şəraiti olan vaqonlarla gedə biləcəklər”.

Femida.az

Açar sözlər:

Oxunub: 526