Diqlasın söküntüsü 2 ay davam edəcək

"Diqlas"ın söküntüsü 2 ay davam edəcək


11:52     22 May 2019 19_05_22_1558511616.jpg


Bakının Nizami rayonunda yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzində artıq söküntü işlərinə başlanılıb.


Bu barədə Nizami Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən bildiriblər. Qeyd olunub ki, artıq üç gündür ki, söküntü işlərinə başlanılıb:

"Həmin ərazidə iş getdiyi üçün təhlükəsizlik baxımından "Diqlas"ın ətrafı hasara alınıb. Hazırda söküntü yerinə bir neçə ağır texnika, ərazidən çıxarılan tullantı materialların daşınması üçün yük avtomobilləri də cəlb olunublar".

İcra Hakimiyyətindən əlavə ediblər ki, "Diqlas" ticarət mərkəzi ağır metal konstruksiyadan tikildiyi üçün söküntü işləri tez bir zamanda bitməyəcək: "Orada ən azı 1-2 aylıq iş var". / Trend

Femida.az

Açar sözlər: #Diqlas  

Oxunub: 151