Kabayevanın əkiz uşağı oldu - Yenə Putinin adı hallanır


12:07     22 May 2019 19_05_22_1558512485.jpg


Rusiya prezidenti Vladimir Putinin yenidən ata olması ilə bağlı məlumat yayılıb.

Femida.az azvision-a istinadən xəbər verir ki, uzun müddət Putinlə sevgi münasibətində olduğu deyilən keçmiş idmançı Alina Kabayeva Moskvadakı xəstəxanalardan birində əkiz uşaqlar dünyaya gətirib.

Qərb mətbuatında uşaqların atasının Putin olmasına dair təsdiqlənməmiş məlumatlar yayılıb. Bildirilib ki, Kabayeva özü bu iddiaları nə təsdiq edir, nə də təkzib. Sadəcə susmağa üstünlük verir. O, övladlarının atasının kimliyi barədə danışmaq istəmir.

Jurnalist Sergey Kanev isə qeyd edib ki, Kabayevanın olduğu xəstəxanaya xüsusi mühafizəçilər cəlb olunub, giriş-çıxış tam nəzarət altındadır və o, lüks palatada qalır. Doğuşu həyata keçirmək üçün İtaliyadan Rusiyaya tanınmış həkimin gətirildiyi bildirilir.

Femida.az

Açar sözlər: #Putin  

Oxunub: 509