Gürcüstanla sərhəd məsələsi iki gün müzakirə olunacaq


12:53     22 May 2019 XIN.jpg

Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası Bakı şəhərində keçiriləcək.

XİN-dən Femida.az-a verilən məlumata görə, iclas cari ilin 23-24 may tarixlərində baş tutacaq.

Femida.az

Açar sözlər: #XİN   #Gürcüstan  

Oxunub: 473