Həmidovlardan növbəti qanunsuzluq - FOTO


16:55     01 Noyabr 2015 606e4ebb7c041.jpg

İsgəndər Həmidovun qardaşı Sərdar Həmidovun oğlu, Tərtərdən namizəd olan Şəhriyar Məcidzadə seçki məcəlləsinin müvafiq maddəsini pozub.

Belə ki, təbliğat-təşviqat kampaniyasının şərtlərinə əsasən, bu gün təbliğat aparmaq qanunla qadağan edilib. Buna baxmayaraq, Şəhriyar Məcidzadənin tərəfdarları qanunu ciddi şəkildə pozaraq sosial şəbəkələrdən ona səs vermələri üçün çağırış ediblər.

Qeyd edək ki, həmin səhifə hər zaman Həmidovların təbliğatı ilə məşğul olub. Femida.az həmin çağırışın fotosunu təqdim edir:



Bundan başqa, Məcidzadənin atası və vəkili Sərdar Həmidov məntəqənin sədrinə hücum edərək, ona əl qaldırıb və bu hadisə aktlaşdırılıb.

Qeyd edək ki, seçki kampaniyasının gedişində Sərdar Həmidov Mamırlı bələdiyyəsinin sədrini döymüş və buna görə hətta onu polis bölməsinə aparmışdılar.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 9499


Oxşar xəbərlər