Bakı metrosundakı işlərə 170 mln. manat xərclənib

Bakı metrosundakı işlərə 170 mln. manat xərclənib


16:05     22 May 2019 Bakı%20metrosu%20onlar%20üçün%20pulsuz%20olacaq.jpg


Ötən il dövlət əsaslı vəsait qoyuluşu xərclərindən infrastruktur təyinatlı layihələrə 2996,4 mln. manat vəsait yönəldilib.


Femida.az xəbər verir ki, bu barədə "2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində bildirilir.

Ölkədə avtomobil yollarının, yol infrastrukturunun layihələndirilməsi və tikintisinə 792,4 mln. manat vəsait ayrılıb.

Bura “Ağ şəhər”ə gedən yolun, Samur və Tərtər çayları üzərindən avtomobil körpüsünün, Bakı şəhəri, Quba və Ucar rayonlarında yerüstü piyada keçidlərinin tikintisi, “Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolu”nun Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən hissəsində, “Magistral yol - III” Dünya Bankı tərərfindən maliyyələşdirilən hissəsində Azərbaycan tərəfinin iştirak payının maliyyələşdirilməsi daxildir.

Hesabat ilində “Bakı Metropliteni” QSC-də tikinti və yenidənqurma işlərinin davam etdirilməsi, yeni vaqonların və avadanlıqların alınması üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 165,7 mln. manat vəsait ayrılıb.

Bura III yeni (Bənövşəyi) xəttin “B-3”-“B-4”-“B-5” stansiyalarında, III yeni (Bənövşəyi) xəttin “Xocasən” elektrik deposu ilə “Avtovağzal” stansiyaları arasında tunellərin, elektrik depolarının tikintisi, yeni vaqonların, generatorların alınması, “Xətai” stansiyası üçün yeni eskalatorların alınıb quraşdırılması, “İçərişəhər” elektrik yarımstansiyasının binasının əsaslı təmiri, yeni avadanlıqlarla təchiz edilməsi, kabel xətlərinin çəkilməsi və s. daxildir.

Femida.az

Açar sözlər: #metro  

Oxunub: 146