Ramiz Zöhrabovun 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib


16:12     22 May 2019 2019/05/475ce53e9fbf8f2_1558528038.jpg


Mayın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında musiqişünas-alim, xalq artisti Ramiz Zöhrabovun anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Femida.az-ın məlumatına görə, tədbirdə həmçinin R. Zöhrabovun “Milli musiqişünaslığımızın iftixarı” adlı kitabının da təqdimatı olub.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə görkəmli alimin ömür yolu və yaradıcılığından danışıb.

Qeyd edilib ki, xalq və professional musiqimizə, bəstəkarlarımızın yaradıcılığına həsr olunmuş çoxlu sayda monoqrafiyanın, dərsliyin və 300-dən artıq elmi, populyar məqalənin müəllifi olan R.Zöhrabovun tədqiqatlarının başlıca obyekti muğamdır.

“Milli musiqişünaslığımızın iftixarı” adlı kitabın tərtibçisi, mərhumun qızı Leyla Zöhrabova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək nəşr haqqında öz fikirlərini bölüşüb.

Tədbirdə məruzələr səsləndirilib.

Tədbirin bədii hissəsində xalq artisti Ağaverdi Paşayevin rəbərlik etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri R.Zöhrabovun “Uşaq lövhələri” Süitasından “Tap görüm” adlı hissəni, “Qavalla rəqs”ini və “Musiqi lövhələri” Süitasının I hissəsini ifa edib.

Femida.az

Açar sözlər:

Oxunub: 364