Köhnə avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılacaq
16:18 22 May 2019
Hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür.
Femida.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.
Onun sözlərinə görə, hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün müxtəlif istiqamətdə tədbirlər həyata keçirilir. O cümlədən ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi ilə bağlı işlər görülür.
R.Səttarzadə qeyd edib ki, ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü ilə işləyən) istifadənin təşviq edilməsi işləri aparılır:
"Alternativ yanacaq növü kimi sıxılmış təbii qazı misal gətirmək olar. Bu həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir. Bundan əlavə sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır".
Femida.az
Oxunub: 479
Oxşar xəbərlər
- Köhnə avtomobil sürənlərə pis xəbər: Belə maşınlar yığışdırılacaq - VİDEO
- Köhnə bina, xarab liftlər, qoxulu divarlar... - Nəşriyyat binasında şərait niyə düzəlmir?
- Köhnə əməlindən nəticə çıxarmadı - Yenidən tutuldu
- Köhnə kassa aparatları yeniləri ilə əvəzlənəcək
- Köhnə əməlindən nəticə çıxarmadı - Yenidən tutuldular
- Köhnə avtobusu yenisi ilə əvəzlədi, gömrükdə tutuldu
- Köhnə avtobusu yenisi ilə əvəz etdi, gömrükdə tutuldu
- Köhnə əməlindən nəticə çıxarmadı - Yenidən tutuldu
- Köhnə liftlərin hamısı yenilənəcək
- Köhnə yol təmir olunandan sonra yenisi pullu olacaq