Duzdağda narkotik yetişdirən şəxs saxlanıldı


16:59     22 May 2019 cetene_kolu_0018.jpg

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.


DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, mayın 21-i daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon Yuxarı Qarxun kənd sakini Elməddin Uğuruyevin Duzdağ kəndində yerləşən açıq sahədə aqrotexniki qaydada yetişdirdiyi 10-12 santimetr uzunluqda 19 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Götürülmüş çətənə kolları maddi sübut kimi ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: #Duzdağ   #Narkotik   #Çətənə  

Oxunub: 366


Oxşar xəbərlər