Gürcüstandan qanunsuz gətirilən 4 min siqaret aşkarlandı
17:04 22 May 2019
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E200" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının üst hissəsində gizlədilmiş 4000 ədəd "King" markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 412
Oxşar xəbərlər
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək
- Gürcüstandan daha 97 Azərbaycan vətəndaşı təxliyə edilir
- Gürcüstandan 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək
- Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə..."
- Gürcüstandan Azərbaycana 170 nəfər təxliyə edildi
- Gürcüstandan gələn avtomobillərdə siqaret və spirtli içkilər aşkarlanıb
- Gürcüstandan gələn avtomobilin yanacaq çənindən 800 ədəd pirotexniki vasitə çıxdı
- Gürcüstandan qanunsuz yolla gətirilən siqaretlər müsadirə edildi
- Gürcüstandan Azərbaycana gələn şəxsdən silah-sursat götürülüb