Dövlət Komitəsi Fuad Abbasovla bağlı məlumat yaydı
17:06 22 May 2019

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan vətəndaşı, jurnalist Fuad Abbasovun Rusiya Federasiyasının ərazisində saxlanılması ilə bağlı məlumat yayıb.
Femida.az xəbər verir ki, məlumatda deyilir:
"Azərbaycan vətəndaşı, jurnalist Fuad Abbasovun Rusiya Federasiyasının ərazisində saxlanılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinə çoxsaylı müraciətlər daxil olur. Dövlət Komitəsi bu məsələnin mövcud normalar və insan haqqlarının təmin olunması çərçivəsində tezliklə həll olunacağına ümid edir. Dövlət Komitəsi bəyan edir ki, öz imkanları çərçivəsində məsələnin müsbət həllinə yardım etməyə hazırdır. Soydaşlarımızı yaranmış vəziyyətin süni gərginləşdirilməsinə apara biləcək addımlardan çəkinməyə çağırırıq! ".
Femida.az
Oxunub: 1405
Oxşar xəbərlər
- 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub
- Diaspor Komitəsi Polşada ölən azərbaycanlı barədə açıqlama yaydı
- Helsinkidə erməni terroruna etiraz edildi
- Diaspor Komitəsi Ukraynadakı azərbaycanlılara müraciət etdi
- Azərbaycan diasporu orduya və mülki əhaliyə yardım göndərir
- Ermənistanın diaspora komissarı Qarabağa muzdluların gətirildiyini təsdiqlədi
- Özbəkistanın Azərbaycandakı səfiri Diasporla İş üzrə Dövlət Komitəsində olub
- Dövlət Komitəsi xaricdəki azərbaycanlılara müraciət etdi
- Dövlət Komitəsi Dağıstanda saxlanılan azərbaycanlılar barədə açıqlama yaydı
- Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib