"Qırmızı körpü" bərpa olunur - Fotolar
18:26 22 May 2019
Azərbaycanın məşhur körpülərindən biri olan “Sınıq körpü”də (Qırmızı körpü) bərpa olunur.
Bu barədə Femida.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətubat xidmətindən məlumat veriblər.
Qeyd olunur ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qazax rayonunda – Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq körpü”də (Qırmızı körpü) aparılan təmir-bərpa işləri ilə tanış olub:
"Abidənin bərpa və konservasiya layihəsi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. Dövlət Xidmətinin məsul şəxslərinin də iştirak etdiyi tədbirdə abidədə aparılan bərpa işlərinin vəziyyəti haqqında məlumat verilib. Hazırda körpüdə olan karvansaraların, tağların bərpası həyata keçirilir, körpünün istinad divarları möhkəmləndirilir. Bərpa işlərində abidənin tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilir. Hazırda körpünün üstü beton qatından təmizlənib. Abidənin üzəri tarixi görkəminə qaytarılıb. Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq. Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olan “Sınıq körpü”də bərpa işləri bu ilin sonuna kimi yekunlaşacaq".
Qeyd edək ki, “Sınıq körpü” XII əsrdə Azərbaycan memarları tərəfindən inşa olunub. Tikilinin uzunluğu 175 metrdir və 4 aşırımlarda ibarətdir. Körpünün sağ və sol sahillərində karvansara kimi istifadə olunan geniş yerlər tikilib. Sol tərəfdəki karvansaranın sahəsi 116, sağ tərəfdəkinin isə 166 kvadratmetrdir.
Femida.az
Oxunub: 635
Oxşar xəbərlər
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- Taxtakörpü-Ceyranbatan su kanalında batan gəncin meyiti tapılıb
- Taxtakörpü-Ceyranbatan su kanalında gənc oğlan batıb
- Bakıda qəza körpüdə tıxaca səbəb olub
- Gəncədə bir neçə gün əvvəl özünü körpüdən atan qadın xəstəxanada ölüb
- Azərbaycanın Qazaxıstandakı səfirliyindən diplomatik korpusun mühafizəsi ilə bağlı açıqlama
- Azərbaycan Ordusunun korpus komandanı ehtiyata buraxılıb
- Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib
- Bakı sakini körpünün üzərində bıçaqlanıb
- Körpüdən asılı qalan maşındakı sürücü xilas edilib - VİDEO