Sərnişindaşıma xidmətlərinin qiyməti bahalaşıb


18:53     22 May 2019 statistika.jpg

Apreldə marta nisbətən nəqliyyat xidmətlərinin qiymətləri, o cümlədən yükdaşıma xidmətlərinin qiymətləri 0,5 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Femida.az -a verilən məlumata görə, sərnişindaşıma xidmətlərinin qiymətlərində də 0,6 faiz bahalaşma olub. Bundan başqa cari ilin yanvar-aprel aylarında Azərbaycandan avtomobil nəqliyyatı ilə 426 min 701 ton yük ixrac olunub. Bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi isə 711 min 387 ton təşkil edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan məhsulların 17,2 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb. Üç ayda idxalın 43,5 faizini avtomobil, 17,2 faizini dəmir yolu, 30 faizini hava, 3 faizini isə dəniz nəqliyyatı ilə gətirilən yüklər təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 499