Azərbaycan məhsulları Çinə ixrac olunacaq


19:36     22 May 2019 2019/05/4329F743-1390-45DE-9A69-3316DD1CE5D3_1558540031.jpeg

Azərbaycan məhsullarının Çinə ixracına dair razılıqlar əldə olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, "Made in Azerbaijan" brendinin təşviqi, yerli məhsulların Çin bazarında ixracının artırılması məqsədilə Azərbaycanın ixrac missiyası Çinin Şanxay və İvu şəhərlərində olub.

İxrac missiyasına qida, şərab və digər spirtli istehsalı ilə məşğul olan 17 Azərbaycan şirkəti daxil idi. İxrac missiyası çərçivəsində İvu şəhərində azərbaycanlı sahibkarlar Çindən olan iş adamları ilə ixraca dair müzakirələr aparıb, məhsullarının Çinə ixracına dair razılıqlar əldə edilib.

Şanxayda isə Çin Milli Qida və Fermentasiya Sənayesi Tədqiqatı İnstitutunun dəstəyi ilə Azərbaycan şərablarının dequstasiyası təşkil edilib, Çin dilində www.azerbaijanwine.cn elektron səhifənin təqdimatı keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 352