UEFA İcraiyyə Komitəsi Bakıda vacib qərarlar qəbul edəcək


22:14     22 May 2019 19_05_22_1558547261.jpg

Bakıda Avropa liqasının final matçının keçirilməsi ilə əlaqəda mayın 29-da ölkəmizin paytaxtında UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.


Femida.az xəbər verir ki, UEFA Avropa Liqasının final görüşündən əvvəl keçiriləcəl iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müyyənləşdirilməsi

2. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi

3. Futzal üzrə UEFA Avropa çempionatı 2020-22

4. 2019/20 UEFA Avropa U-17 və U-19 çempionatları

5. 2019/20 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları

6. UEFA İntizam qaydaları (2019 buraxılışı)

7. UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı)

8. UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı)

9. Turnirlərin əsasnamələri – Oyun qaydalarına adaptasiya

10. UEFA Avropa Gənclər çempionatlarının formatı

11. Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması

12. UEFA Grassroots mükafatı 2019

Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin iclası ilk dəfə Bakıda keçiriləcək.

Açar sözlər:

Oxunub: 392