22 yaşlı gənc bıçaqlandı - Moskva Univermağının yanında


09:10     23 May 2019 2019/05/D7821411-53F6-4C22-A3E9-4C2E6D5E41A5_1558587743.jpeg


Bakının Nəsimi rayonu bıçaqlanma hadisəsi baş verib.

Moskva Univermağının yaxınlığında 2 nəfər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Daha sonra 1997-ci il təvəllüdlü Həmidli Azad Alim oğlu mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona qarın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

A.Həmidli əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 853