Ələt-Astara yolunda ağır qəza - 4 nəfər öldü (FOTOLAR )


09:07     23 May 2019 2019/05/4c37de62-0c91-4e0d-a876-ebb0f159d138_1558589281.jpg

Ələt-Astara magistralında ağır yol qəzası baş verib.


Hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı mikroavtobus qarşıda gedən "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. / Report





Femida.az

Açar sözlər: #Astara   #qəza  

Oxunub: 2075