NATO-dan Rusiyaya çağırış: "Krımı tərk edin"


09:23     23 May 2019 19_05_23_1558589045.jpg

NATO hərbi komitəsinin rəhbəri Stüart Piç Krımın alyans tərəfindən Rusiya ərazisi kimi tanınmayacağını açıqlayıb.


Femida.az xəbər verir ki, bu barədə “UNIAN” NATO-nun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Piç bu açıqlamasını NATO üzvü ölkələrinin baş qərargah rəislərinin Brüsseldə keçirilən iclasında verib. O bildirib ki, təşkilat Krımın qeyri-qanuni zəbt edilməsini tanımaq niyyətində deyil.

“Biz bir daha Rusiyanı Krımı tərk etməyə çağırırıq”, - deyə Piç bildirib.

O, həmçinin NATO adından Rusiyanı Azov dənizindəki insidentdən sonra saxlanılmış ukraynalı dənizçiləri buraxmağa çağırıb.

Açar sözlər:

Oxunub: 426