Narkotik yetişdirən Masallı sakini tutulub
10:07 23 May 2019
Masallı sakini Balakəndə külli miqdarda narkotiklə tutuldu.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az -a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində rayonun Hənifə kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyi narkotik vasitəni qurutmaq üçün sərən Masallı rayon sakini 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb. Belə ki, S. Mirzəquliyevin çöl sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kq-a yaxın marixuana və 123 ədəd yabanı halda bitmiş çətənə bitkisi həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı S. Mirzəquliyev barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Oxunub: 353
Oxşar xəbərlər
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotik istifadəçiləri Bakının ən çox hansı rayonlarındadır? - SİYAHI
- Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat edib
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
- Narkotik satmaq istəyən Ağdam sakini saxlanılıb