Deputatların statusuna dair qanuna dəyişiklik təklif edilir
10:51 23 May 2019
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu" haqqında qanuna dəyişiklik təklif edilir.
Femida.az-ın məlumatına görə, dəyişiklik layihəsinə əsasən, qanunun 16-cı maddəsinin (Deputatın vəzifələri) ikinci cümləsi aşağıdakı kimi yeni redaksiyada verilir: “Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur".
Sənədin hazırkı variantı isə belədir: “Deputat Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında və üzvü olduğu Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiyalarının iclaslarında iştirak etməlidir. Üzürsüz səbəbdən Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarını buraxan deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur”.
Qeyd edək ki, qanun layihəsinə dəyişiklik layihəsi Milli Məclisin mayın 30-da və 31-də keçiriləcək iclaslarında 1-ci oxunuşda müzakirəyə çıxarılacaq.
Femida.az
Oxunub: 688
Oxşar xəbərlər
- Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb
- İlham Əliyev Tacikistan Ali Məclisi Milli Məclisinin sədrini qəbul edib
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Milli Məclisin sədri Misirə səfər edəcək
- Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- Sabah Milli Məclisin yaz sessiyası başlayır
- Milli Məclis qumar oyunlarına görə cərimələri I oxunuşda qəbul edib
- Milli Məclis sədrinə yeni köməkçi təyin edilib
- Milli Məclisin komitələri "Media haqqında" yeni qanun layihəsini ikinci oxunuşda müzakirə edir
- Milli Məclisin iclası başlayıb