"İnterpol" axtarışında olan azərbaycanlı qadın Dubayda saxlanıldı


10:56     23 May 2019 2019/05/da253f23-116e-4b6b-82b3-f6301bb31840_1558594629.jpg


Azərbaycan dövlətinin "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi qadın Dubayda tutulub.


Femida.az xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə axtarışda olan 46 yaşlı Beydiyeva Zenfirə Şahbala qızı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.

Qeyd edək ki, Z.Beydiyeva 16.07.1973-cü ildə Əli-Bayramlı şəhərində anadan olub, Şirvan şəhər sakinidir. Barəsində 2016-cı ildə axtarış elan edilib.

Femida.az

Açar sözlər: #İnterpol   #Dubay   #qadın  

Oxunub: 1377