​İnam Kərimov Parisdə fransalı həmkarı ilə görüşüb


11:51     23 May 2019 2019/05/60801-1558597287_1558597965.jpg

Fransaya işçi səfəri çərçivəsində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov fransalı həmkarı Didye Giyom ilə görüşüb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, görüşdə hər iki ölkədə kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin, əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasının prioritet olduğu bildirilib.

Nazir İnam Kərimov qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. O, Azərbaycanda bu sahədə yaradılan hərtərəfli şəraitdən danışıb. Bildirib ki, aqrar sahəyə yüksək dövlət dəstəyi mövcuddur. Fermerlərə güzəştlər edilir, subsidiyalar, kreditlər verilir. Bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu aqrar siyasətin nəticəsində həyata keçirilir.

Nazir Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi haqqında ətraflı məlumat verərək, Fransanı gələn il bu sərginin fəxri qonağı qismində iştirak etməyə dəvət edib. Fransanın kənd təsərrüfatı üzrə fəaliyyət göstərən sahibkarlarını Azərbaycanda mövcud liberal bazardan faydalanaraq daha fəal olmağa çağırıb.

Fransalı nazir Didye Giyom bildirib ki, gələn il “Caspian Agro” sərgisində məmnuniyyətlə iştirak etmək istəyir və ölkəsinin kənd təsərrüfatı sahibkarlarının ölkəmizlə əməkdaşlığının möhkəmlənməsində maraqlıdır. O qeyd edib ki, ölkəsi heyvandarlıq, İKT, üzümçülük, kənd təsərrüfat texnikaları sahəsində Azərbaycana kömək etməyə hazırdır. İyun ayında Fransa Sahibkarlar Təşkilatı - MEDEF-in ölkəmizə səfəri zamanı nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı şirkətlərinin də olacağı diqqətə çatdırılıb.

Femida.az

Açar sözlər: #İnam_Kərimov   #Paris  

Oxunub: 428