Biləsuvarda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
12:49 23 May 2019
Biləsuvar rayonunda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Femida.az-a DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Belə ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yuxarı Ağalı kəndi ərazisində Salyan rayon sakini Elnur Zeynalov saxlanılıb. Ondan 112,427 qram çəkidə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı E.Zeynalovun narkotik vasitəni İran İslam Respublikasından əldə edərək qaçaqmalçılıq yolu ilə Respublika ərazisinə keçirdiyi müəyyən edilib. Həmçinin onun narkotik vasitəni sifariş əsasında verməli olduğu Bakı şəhər sakinləri hər ikisi əvvəllər məhkum olunmuş Elçin Cavanşirov və Samir Əsgərov Qaradağ rayonu ərazisində “Renault Megan” markalı avtomobillə saxlanılıblar. Saxlanılarkən avtomobildən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 287
Oxşar xəbərlər
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb
- Biləsuvarda qəza törədərək qaçan sürücünün şəxsiyyəti məlum olub
- Biləsuvarda yol qəzasında xəsarət alan şəxs ölüb
- Biləsuvarda Cəbrayıl sakini intihar edib
- Biləsuvarda kişi qonşusuna 8 bıçaq zərbəsi vurub
- Biləsuvarda 37 yaşlı kişi bıçaqlanıb
- Biləsuvarda traktor avtomobillə toqquşub, ölən var
- Biləsuvarda avtomobillər toqquşub, ölən var