3 yaşlı uşaqlar oynayarkən çaya düşdülər - Biri öldü


13:08     23 May 2019 19_05_23_1558602565.jpg


Quba rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Femida.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə mayın 22-də rayonun Cimi kəndi ərazisindən keçən Cimi çayında baş verib.

2016-cı il təvəllüdlü Yusif Abdullayev əmisi nəvəsi, həmyaşıdı Qızbikə ilə oynayarkən Cimi çayının yanına gəlib və orada oynamağa davam ediblər. Bu zaman hər ikisi yıxılaraq çaya düşüb. Qızbikə Abdullayeva çaydan çıxarılaraq xilas olunub, Y.Abdullayev isə orada boğularaq ölüb.

Rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Quba  

Oxunub: 393