"Zorakılığa məruz qalmış qadınlar üçün "Qaynar xətt"in yaradılmasına ehtiyac var"
14:09 23 May 2019
Zorakılığa məruz qalmış qadınlar üçün "Qaynar xətt"in yaradılmasına ehtiyac var.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.
O hesab edir ki, "Qaynar xətt"in yaradılması zorakılıq problemlərinin aradan qaldırılması üçün effektiv nəticə verəcək. Həmin şəxs "Qaynar xətt" vasitəsilə sığınacaq mərkəzləri və hüquqları ilə bağlı məlumat ala bilər.
A.Naxçıvanlı qeyd edib ki, məişət zorakılığı ilə bağlı qanunvericiliyimiz mükəmməl və beynəlxalq hüquq normalarına uyğundur:
"2014-cü ildə Avropa Şurasının qadınlara qarşı məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında İstanbul Konvensiyası bütün Avropa və ondan kənarda zorakılığın qurbanı olan milyonlarla qadına güclü siqnal göndərir. Bu konvensiya islahat xarakteri daşıyır. Düşünürəm ki, ölkəmizin də bu konvensiyaya qoşulması mühüm addım olardı".
Femida.az
Oxunub: 432
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Mingəçevir evdə qadın meyiti tapılıb