Rusiyanın məşhur avtomobil zavodunun başına azərbaycanlı gətirildi


14:44     23 May 2019 19_05_23_1558608300.jpg


2017-ci ildə “Ford Sollers” müəssisəsinin azərbaycanlı prezidenti və baş direktoru Adil Şirinov Rusiyanın məşhur avtomobil zavodunun baş direktoru təyin olunub.


“İnterfax” xəbər verir ki, o, “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodundakı bu vəzifədə Vadim Şvetsovu əvəz edib.

“Sollers” şirkətinin nümayəndəsi bu məlumatı təsdiqləyib və bildirib ki, A.Şirinov “Ford Sollers”in rəhbərliyində qalacaq:

“Şirinovun yeni vəzifəsində əsas tapşırığı “UAZ”ın təsdiq edilmiş məhsul strategiyasını reallaşdırmaq, brendin bazar borcunu artırmaq və təchizatçıların ümumi paneli yaratmaq, eləcə də, satış sahəsində sinerji yaratmaq və diller şəbəkəsini qurmaqdır”.

Nümayəndənin sözlərinə görə, A.Şirinov Rusiya avtomobil sektorunda ən səriştəli mütəxəssislərdən biridir.

“Şübhə etmirəm ki, zəngin əməli təcrübəsi, peşəkar səriştəsi sayəsində Ulianovsk Avtomobil Zavodundakı biznes fəaliyyətinin yüksək keyfiyyət standartlarını və səmərəsini artıracaq”, - o qeyd edib.

Xatırladaq ki, 1964-cü ildə Bakıda dünyaya gəlmiş Şirinovun Rusiya vətəndaşlığı var. O, 1990-cı ildən avtomobil sənayesində çalışıb. A.Şirinov “RusPromAvto” şirkətində baş direktorun müavini vəzifəsində çalışıb. 1999-cu ildə o, “Ford Motor Company” şirkətinə keçib və burada Vsevolozhsk şəhərindəki sənaye sahəsini yaratmaq üçün layihəyə seçilmiş ilk əməkdaş olub.

Femida.az

Açar sözlər: #Rusiya   #direktor  

Oxunub: 493