Vahid Ələkbərovun oğlu ən varlı varisdir - 22 milyard dolları var


14:53     23 May 2019 19_05_23_1558609707.jpg


Məşhur “Forbes” jurnalı Rusiya milyaderlərinin ən varlı varislərinin retinq cədvəlini açıqlayıb.

Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, siyahıda ölkənin imkanlı ailələrinin 2-ci nəslinin 48 nümayəndəsi yer alıb.

Ümumilikdə, onların varidatının dəyəri 238 mlrd. ABŞ dolları təşkil edir. Reytinq tərtib edilərkən bəzi milyaderlərin, həmçinin Mixail Fridman və Vladimir Potatninin var-dövlətinin böyük hissəsinin xeyriyyəçiliyə verməklə bağlı planları nəzərə alınmayıb.

Reytinq cədvəlinə “LUKoil” şirkətinin prezidenti, azərbaycan əsilli Vahid Ələkbərovun yeganə oğlu Yusif başçılıq edir. O, “Ekto” şirkəti vasitəsilə “VTP” şirkətinin səhmlərinin 60%-nə sahibdir. Bu şirkət neft nəqli ilə məşğul olur. O, həmçinin “Mercedes-Benz” avtomobillərinin dileri “Lukavto” şirkətinin həmsahibidir. İş adamının həmçinin spirtsiz içkilər istehsal edən “Plan B” şirkəti mövcuddur. Vəsiyyətə əsasən, Yusif Ələkbərov “LUKoil” şirkətini idarə etmək hüququ olmadan səhm paketinin varisi olmalıdır. “Forbes”in hesablamalarına əsasən, onun varidatı 21,8 mlrd. dollar təşkil edir.

Femida.az

Açar sözlər: #Rusiya   #Forbes   #jurnal  

Oxunub: 1726