Milli Məclisdə müzakirələr olub
15:30 23 May 2019
Bu gün Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
MM-dən Femida.az-a verilən məlumata görə, iclasda “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi müzakirə olunub. Komitənin sədri Əli Hüseynli bildirib ki, bu layihə cəmiyyətdən gələn təklif əsasında qısa müddətdə parlamentdə yaradılmış işçi qrup tərəfindən hazırlanıb.
Öncə iclasda 10 maddədən ibarət qanun layihəsi barədə məlumat dinlənilib. Bildirilib ki, bu sənəd Azərbaycan Konstitusiyasında təsbit olunmuş müddəalara uyğun hazırlanıb, müvafiq qanunvericiliklə bağlı beynəlxalq təcrübə nəzərə alınıb. Qanun Azərbaycan vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və həmin sahədə yaranan münasibətləri tənzimləyir.
Sonra deputatlar - Azay Quliyev, Çingiz Qənizadə, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Elşən Musayev, komitə sədrinin müavini Məlahət İbrahimqızı, MSK-nın nümayəndəsi Rövzət Qasımov fikirlərini, təkliflərini bildiriblər.
Yekunda qanun layihəsi plenar iclasa tövsiyə olunub.
Oxunub: 296
Oxşar xəbərlər
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Milli Məclisin sədri Misirə səfər edəcək
- Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- Milli Məclis qumar oyunlarına görə cərimələri I oxunuşda qəbul edib
- Milli Məclis sədrinə yeni köməkçi təyin edilib
- Milli Məclisin komitələri "Media haqqında" yeni qanun layihəsini ikinci oxunuşda müzakirə edir
- Milli Məclisin iclası başlayıb
- Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb