Hesablama Palatası dövlət büdcəsinə 6 milyon manat qaytarıb


16:05     23 May 2019 19_05_23_1558613183.jpg


Bu ilin ilk beş ayı ərzində Hesablama Palatası dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb.


Femida.az Trend-ə istinadən bildirir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Ali Audit Orqanları Beynəlxalq Təşkilatının (INTOSAI) işçi qrupunun iclası zamanı deyib.

O bildirib ki, bu məbləğ auditor yoxlamalarının nəticələrinin hüquq-mühafizə orqanlarına göndərilməsi nəticəsində bərpa olunub. Ötən il ərzində 9 bu cür hal qeydə alınıb və bunun nəticəsində büdcəyə 23 milyon manat qaytarılıb.

V.Gülməmmədov əlavə edib ki, bundan başqa, müxtəlif qurumlarda inventar satınalınması zamanı səhvlər, eləcə də tamamlanmamış işlər aşkar edilib:

"Bu ilin əvvəlindən iki yoxlamanın nəticəsi hüquq-mühafizə orqanlarına göndərilib, bununla bağlı cinayət işlər açılıb".

Femida.az

Açar sözlər: #hesablama  

Oxunub: 405