Gürcüstanın XİN başçısından Keşikçi Dağla bağlı AÇIQLAMA


16:48     23 May 2019 2019/05/61ff50f0-11be-4364-b029-6ebbd6a55203_1558615775.jpg

“Bir daha hər kəsi Keşikçi Dağla bağlı emosional çıxışlardan çəkinməyə çağırıram”.


Femida.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında bildirib.

O, məbəd kompleksi yaxınlığında Azərbaycan tərəfdə texnikanın cəlb olunması haqqında məlumatlı olmadığını bildirib.

XİN başçısı bu barədə mediadan informasiya əldə etdiyini deyib: “Bildiyiniz kimi delimitasiya komissiyasının Bakıda ilk iclası keçirilir. Bütün informasiyalar komissiya çərçivəsində yoxlanılacaq. Həssas mövzu ilə bağlı bütün məsələlər komissiyada nəzərdən keçirilir”.

Qeyd edək ki, Gürcüstanın bəzi KİV-ləri Keşikçi Dağ Məbəd-Kompleksi yaxınlığında Azərbaycan tərəfinin texnika cəlb etdiyi barədə əsassız məlumat yayıblar.

Açar sözlər:

Oxunub: 318