Azərbaycan Rusiyanın orqanik qida istehsalı sahəsində təcrübəsindən yararlanacaq

Azərbaycan Rusiyanın orqanik qida istehsalı sahəsində təcrübəsindən yararlanacaq


18:03     23 May 2019 2018/06/qida_1528178015.jpg

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC Rusiyanın orqanik qida istehsalı sahəsində təcrübəsindən yararlanacaq.

Bu barədə Femida.az- a şirkətin direktoru Leyla Məmmədova məlumat verib.

O xatırladıb ki, ötən il sentyabrın 27-də baş tutmuş IX Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı rəhbərlik etdiyi şirkət Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki “Aqroeksport” şirkəti ilə gələcək əməkdaşlıqla bağlı memorandum imzalanıb: “Həmin sənədə əsasən, orqanik qida istehsalı ilə bağlı danışıqlar aparırıq. Bu sahədə Azərbaycanda müxtəlif tədbirlər və Rusiyaya səfərlər həyata keçirəcəyik. Orqanik qida istehsalı ilə bağlı rusiyalı mütəxəssislərin iştirakı ilə birgə təlimlərin təşkil olunması nəzərdə tutulub. Məqsəd iki ölkənin iş adamları və fermerləri arasında əməkdaşlığın qurulmasıdır".

Açar sözlər:

Oxunub: 133