İrəvan Dövlət Universitetinin rektoru istefa verib


18:35     23 May 2019 2019/05/de0982cb-ab49-4579-9bf6-921ace0e4fe6_1558616776.jpg

İrəvan Dövlət Universitetinin (İDU) rektoru Aram Simonyan tutduğu vəzifədən istefa verib.


Bu barədə universitetin mətbuat katibi Gevorq Emin-Teryan “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, 2015-2018-ci illərdə universitetin 18 əməkdaşı Ermənistandan kənarda uzun müddətə müalicə olunublar. İstintaq onların adlarının faktiki işdə olan kimi qeydə alındığını aşkarlayıb. Universitet rəhbərliyinin bir sıra sui-istifadə halları aşkarlandığına dair xəbər yayılmışdı. Aparılan yoxlamalar nəticəsində İDU-nun fonduna, təxminən, 1,6 milyon dollar məbləğində ziyan dəydiyi məlum olub.

Xatırladaq ki, cari ilin fevralında İDU tələbələri rektor Aram Simonyanın istefasını tələb ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 337